Bəhlul: "Səndə nə varsa, hamısı xalqın malıdır... "


Digərləri 18 Avq 2019 21:55:00 242 0

Bəhlul: "Səndə nə varsa, hamısı xalqın malıdır... "

Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə "Harun, Harun, Harun" deyə səslədi. Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: "Məni tanıdınmı?"

Son.az maide.az-a istinadən bildirir ki, Bəhlul dedi: "Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan."

Harun soruşdu: "Halımı necə görürsən?"

Bəhlul belə cavab verdi: "Qurana bax, halını bil." Sonra bu ayəni oxudu:

إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ. وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ

"Həqiqətən, yaxşılar Behiştdə qərar tutacaq və həqiqətən də, pislər Cəhənnəmdə olacaqlar." ("İnfitar", 13-14.)

Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu:

إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِينَ

"Allah yalnız təqvalılardan qəbul edir." ("Maidə", 27.)

"Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olacaq?" - deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu:

فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءلُونَ

"Sur üfürüləcəyi vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz." ("Muminun", 101.)

(adsgarden = window.adsgarden || []).push({});