Ermənini məğlub edən güləşçimiz dünya çempionatının yarımfinalında


Digərləri 18 Avq 2019 21:35:00 170 0

Ermənini məğlub edən güləşçimiz dünya çempionatının yarımfinalında

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.

Bakı. Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır. Trend xəbər verir ki, avqustun 18-də yunan-Roma güləşçiləri mübarizəni davam etdirirlər. Təmsilçimiz Ülvi Qənizadə (72 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq. Güləşçimiz finala qədər Ermənistan güləşçisi Samvel Qriqoryana 5:2, Macarıstan idmançısı Gergeli Baka 9:0, iranlı pəhləvan Məhəmmədrza Mahmud Rüstəmiyə 2:1, Türkiyə güləşçisi İsmayıl Gündənə 4:1 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Sergey Stepanov olacaq.