Hər beş dəqiqədən bir ağlına yeni ideya gələn rəhbərlə necə işləmək olar?


Digərləri 18 Avq 2019 21:25:00 229 0

Hər beş dəqiqədən bir ağlına yeni ideya gələn rəhbərlə necə işləmək olar?

Dəhlizlə gedirsiniz, başınız gicəllənir - sakitləşə bilmirsiniz.

Artıq özünüz üçün prioritetləri müəyyən etmisiniz. Bəs onları rəhbərin çıxartdığı yeni beş ideyalar ilə necə uzlaşdırmaq olar? Öz iş masanıza qorxa-qorxa yaxınlaşırsınız, çünki orada sizi rəhbərinizdən gələn "Bir dənə də ideya.." mövzulu yeni elektron məktub gözləyir.

Son.az fins.az-a istinadən bildirir ki, xəyal qurmağı çox xoşlayan rəhbərlər, adətən zarafatcıl və innovativ olurlar. Eyni zamanda, onların ideyaları ilə ayaqlaşa bilmədiyiniz zaman onlar məzlum da ola bilərlər.

Əgər sizin də rəhbərinizin fikri yeni ideyalara tez-tez yayınırsa, sizə bir neçə faydalı məsləhət verə bilərəm.

Qarşılıqlı hörmətin möhkəmləndirilməsi

Əgər rəhbərinizin yeni ideyalarına artıq dözə bilmirsinizsə, deməli təfəkkürünüz fəaliyyət üzərində fokuslanıb. Əgər ehtiyatlı olmasanız, özünüzə qarışı tənqidedici münasibət formalaşdıra bilərsiniz, məsələn: "mən şirkətimiz üçün nə isə edən yeganə insanam". Bu halda rəhbərinizin istəklərinə qarışı hörməti itirmək şansınız var.

Bu tələdən qaçmağa çalışın və diqqətinizi qarşılıqlı hörmət üzərində cəmləşdirin. Bəlkə də həqiqətən digər işçilərlə müqayisədə daha yaxşı işləyirsiniz, bu, sizin gücünüzdür. Rəhbərinizin gücü isə, bəlkə də, onun düzgün hərəkət strategiyasını seçmək qabiliyyətindədir.

Heç də bütün ideyalar fəaliyyət tələb etmirlər

Əgər təşəkkürünüz fəaliyyət üzərində fokuslanıbsa, düşünə bilərsiniz ki, rəhbərinizin sizə söylədiyi hər yeni ideya mütləq qaydada realizə edilməlidir. Bu, belə deyil. Yaradıcı düşünmə qabiliyyəti olan insanların ağlına səhər yeməyi zamanı belə 100-dən çox ideya gələ bilər. Onların hamısı ilə ayaqlaşmaq mümkün deyildir.

Yaxşı olar ki, rəhbərinizin hazırkı layihəyə aidiyyəti olmayan ideyalarını ayrıca bir qovluqda qeyd edəsiniz. Düşünməyin ki, onların hamısını dərhal yerinə yetirməlisiniz. Bəlkə rəhbəriniz öz ideyaları ilə sizinlə sadəcə bölüşmək istəyir?

Vaxtı göstərin

(adsgarden = window.adsgarden || []).push({});