Xoş rəftar – həyat və imanın yarısı


Digərləri 18 Avq 2019 20:50:00 261 0

Xoş rəftar – həyat və imanın yarısı

Müqəddəs İslam ayinləri bütün ardıcıllarını bir-birilə düşmənçilikdən, nifaqdan çəkinməyə, eləcə də, mərhəmət və mehribanlığa çağırır. İslamda möminlər bir-birinə qardaş bildirilir və bu qardaşlıq əlaqələri xüsusi hüquqlarla tənzimlənir. Bu hüquqlara riayət etmək bəzən əxlaqi, bəzən isə şəri cəhətdən vacibdir.

Qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mənəvi bağlılıqlar və onların davamı yalnız əxlaqi çirkinliklərdən təmizlənməklə mümkündür. Lovğalıq, təkəbbür, mənəm-mənəmlik, paxıllıq, tamahkarlıq və xəsislik kimi çirkin sifətlər yoldaşlar, ailə və cəmiyyət arasında münasibətləri viran edən amillərdir.

Son.az maide.az-a istinadən bildirir ki, İslam Peyğəmbəri (s) çox mühüm bir rəvayətdə xalqı əxlaqi çirkinliklərdən çəkinməyə və qardaşlıq hüquqlarına riayət etməyə çağırır: "Bir-birinizlə düşmənçilik etməyin. Bir-birinizə qəzəblənməyin. Bir-birinizə həsəd etməyin. Dostluq və qardaşlıq əlaqələrini kəsməyin. Müsəlman müsəlmanın qardaşıdır, o, qardaşına zülm etməz, onu tənha qoymaz." ("Məhəccətul-bəyza", c.3, səh.329.)

Həzrət Peyğəmbərin (s) digər buyruqlarına nəzər salaq: "Xalqla müdara imanın yarısı, onlarla xoş rəftar həyatın yarısıdır." ("Məhəccətul-bəyza", c.3, səh.401.)

"Allah rəhmət etsin o şəxsə ki, satanda, alanda, borcludan pulunu alanda yumşaq rəftar edər." ("Məhəccətul-bəyza", c.3, səh.186.)

"İmkansız borcluya möhlət verənlə, onu rahat buraxanla Allah yüngül hesab çəkər." ("Məhəccətul-bəyza", c.3, səh.186.)

"Qiyamət günü günah və israfla özünə zülm edəni sorğuya çəkərkən onun xilası üçün bir savab tapılmadıqda deyərlər: "Hər hansı xeyir bir iş görmüsənmi?" Belə cavab verər: "Xeyir iş görməmişəm. Amma itaətimdə olanlara tapşırardım ki, borc verdiyim insanlarla yumşaq rəftar edib, onlara möhlət versinlər." Allah-Taala buyurar: "Yaxşılığa mən daha layiqəm." Sonra isə həmin şəxsin günahlarını bağışlayar. ("Məhəccətul-bəyza", c.3, səh.186.)

"Agah olun ki, yer üzündə Allah üçün yerlər var və bu yerlər qəlblərdir. Ən yaxşı yer isə ən xalis, ən möhkəm və ən yumşaq qəlbdir - günahdan xalis, dində möhkəm və din qardaşı ilə mehriban olan qəlb!" ("Муһәҹҹәтул-бәјза", c.3, səh.322.)

"Allah-Taala mənə xalqla yumşaq davranmağı əmr etmişdir..."

"Hər kəsdə üç şey olmazsa, əməli kamil deyildir: Allaha qarşı günah etməkdən çəkindirən təqva, xalqla mehribanlığa səbəb olan əxlaq, cahilin cəhlini rədd edən helm."

(adsgarden = window.adsgarden || []).push({});