Yıxdı bizim evimizi üzümüzə güləgülə


Digərləri 18 Avq 2019 20:35:00 211 0

Yıxdı bizim evimizi üzümüzə güləgülə

Ailə insanlar arasında fərqli cinslər arasında sosial münasibətlərin yeni bir formasıdır. Bu birlik insan cəmiyyətinin davam etdirilməsi məqsədi ilə yaranmış  və zaman-zaman      ictimai-iqtisadi inkişafın  nəticəsində  insanların dünyagörüşlərində yaranan keyfiyyət dəyişiklikləri ilə  əlaqədar olaraq yeni məzmun və məsuliyyət kəsb etmişdir.   Şifahi xalq ədəbiyyatı nümunələrində  bununla bağlı maraqlı izlər var. Məsələn, əri vəfat edən qadının  ərinin vəfatından sonra yeni ailə qurması  hökm deyilmişsə də, yasaq da deyilmiş.Hətta, ər dünyasını dəyişərkən vəsiyyətlərində bu məqama da diqqət çəkirmiş ki, ərə gedə bilərsən. Həm uşaqlar atasız böyüməsin, həm ailə  güvəncsiz qalmasın, həm də  cəmiyyət üzvlərini çoxalması üçün  qadınlar dünyaya övlad gətirmək funksiyası  məhdudlaşdırlmasın. Amma   bir neçə əsr sonra məsələyə tam fərqli baxış formalaşmışdır.

Son.az anaveusaq.az-a istinadən bildirir ki, sevən sevgilisini yaxşı mənada  qısqanır. Bu qısqanclıq vəfa, etibar, sədaqət  əhdi  kimi mənalanır . Maraqlı olan bir də budur ki, nə vaxtsa "Gözün kimi tutarsa, könlün kimi seçərsə,  gedərsən" deyən də  Azərbaycan əridir, indi:

Əzizim, baxdı yarım,

Baxtımın  taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı,  yarım?

Əzizinəm,  yad əli,

Ya divanə, ya dəli.

Məhşərim o gün qopar,

Yara dəysə, yad əli.

Gözüm,  göz görə səni,

Kabab, köz görə səni.

İstəməm öz gözümdən,

Ayrı göz görə səni.

Su gəlir pər gələnə,

Zülfün baş tər gələnə.

Üzün bir ay parçası,

Göstərmə hər gələnə.

Əzizim, sini-sini,

Doldur ver sini-sini,

Mənə öz yarım gərək,

(adsgarden = window.adsgarden || []).push({});