Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb


Digərləri 18 Avq 2019 19:52:00 235 0

Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb

Respublikamızın 54 rayonunda məskunlaşmış kəlbəcərlilər torpaqlarının işğal olunmasının yaratdığı çətinliklərə baxmayaraq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və bu sahədə artıma nail olmağa çalışırlar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kəlbəcər rayonu üzrə ümumilikdə 577 hektar sahədə əkin işləri aparılıb.

2019-cu ilin məhsulu üçün 134 hektar sahədə taxıl səpilib ki, onun da 39 hektarını buğda, 95 hektarını isə arpa əkini təşkil edib. Həmçinin 159 hektar sahədə yonca, 25 hektarda dən üçün günəbaxan, 7 hektarda bostan, 252 hektarda isə pambıq əkini aparılıb.

Taxılın ümumi məhsuldarlığı hər hektardan 32,5 sentner olmaqla keçən ilə nisbətən 8 sentner artıq və ya 134 faiz təşkil edib. O cümlədən buğdanın məhsuldarlığı hər hektardan 35 sentner olmaqla keçən ilə nisbətən 9,6 sentner artıq və ya 138 faiz, arpanın məhsuldarlığı isə ötən ilə nisbətən 10 sentner artıq və ya 150 faiz olub.