Bu il Moldovada yanğından 60 nəfər həlak olub


Dünya 18 Avq 2019 19:53:00 217 0

Bu il Moldovada yanğından 60 nəfər həlak olub

Bu ilin əvvəlindən Moldovada yanğından 60 nəfər həlak olub, 14 nəfər isə xilas edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Moldovanın Fövqəladə Hallar Baş İnspeksiyasının hesabatında qeyd olunub.

Hesabat dövründə 780 yanğın hadisəsi qeydə alınıb ki, bunun da 145-i paytaxt Kişineunun payına düşür. Regionlarda isə ən çox yanğın Qaqauziya ərazisində baş verib. Yanğınlar daha çox qəsdən yandırma və qısaqapanma səbəbindən olub.