Haqq yolçularının çatmaq istədiyi ’Şükür‘ məqamı


Digərləri 18 Avq 2019 19:50:00 245 0

Haqq yolçularının çatmaq istədiyi ’Şükür‘ məqamı

Şükür məqamı haqq yolçularının çatmaq istədiyi ən üstün və dəyərli məqamlardandır. Bu məqama çatmaq çətin olduğundan ona nail olanlar da çox azdır.

Mərhum Molla Məhəmməd Baqir Məclisi şükür haqqında yazır: "Şükür zahiri və batini nemətin etirafı, nemət sahibini tanımaq və neməti Onun göstərişinə uyğun sərf etməkdir." ("Biharul-ənvar", c.64, səh.268.)

İmam Sadiq (ə) buyurur: "Şükür bütün haramlardan çəkinməkdir." ("Kafi", c.2, səh.95.)

Son.az maide.az-a istinadən bildirir ki, Aşura gecəsi İmam Hüseyn (ə) xütbəsinin sonunda deyir: "Pərvərdigara, bizi şükür edənlərdən qərar ver." ("Əl-irşad", c.2, səh.91.)

Rağib İsfahani yazır: "Şükrün üç mərtəbəsi var: qəlb şükrü, dil şükrü və əməl şükrü. Qəlb nemət verəni və neməti tanıyır, dil etiraf edir. Neməti Allah buyuran yerlərdə sərf etmək isə əməli şükürdür."

İmam Sadiq (ə) buyurur ki, Musaya belə vəhy olundu: "Ey Musa, Mənə layiq olduğum kimi şükür et." Musa ərz etdi: "Pərvərdigara, şükrünü yerinə yetirdiyim nemət yoxdursa, şükür edən dili Sən əta etmisənsə, Sənə layiq necə şükür edim?" Allah-Taala buyurdu: "Ey Musa! Şükür edən dilin də Məndən olduğunu bilməklə şükrü yerinə yetirdin." ("Kafi", c.2, səh.98.)

(adsgarden = window.adsgarden || []).push({});