İmanla islam arasinda əlaqə


Digərləri 18 Avq 2019 19:20:00 226 0

İmanla islam arasinda əlaqə

İslam dedikdə, bəzən insanı Allaha tam təslim etmək istəyən "dinlər", bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Muhəmmədin (s) haqq olmasına "dildə şəhadət vermək", bəzən də "iman" nəzərdə tutulur və "Yunus" surəsinin 84-cü ayəsində buyurulur:

وَقَالَ مُوسَى يَا قَوْمِ إِن كُنتُمْ آمَنتُم بِاللّهِ فَعَلَيْهِ تَوَكَّلُواْ إِن كُنتُم مُّسْلِمِينَ

"Musa dedi: Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və təslim olmuşsunuzsa, Ona təvəkkül edin!"

Ümumi şəkildə belə demək olar ki, İslam "təslim" deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək onu iqrar edib şəhadət verməkdən, bədəni və rəftarı ilə İslamı qəbul etmək Allah-Taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq şəkildə qəbul etmək isə insanın bütün yönlərinə aid "təslim"çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir və hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən dildə, bəzən əməldə görünür. Qurani-Kərim belələrini batində kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.

Son.az maide.az-a istinadən bildirir ki, Qurani-Kərimin müxtəlif ayələrinə əsasən, belə bir həqiqəti etiraf etmək olar ki, imanla İslam bir-birinə qarışmışdır, onların hər bir dərəcəsi başqa bir dərəcəni təkmilləşdirir. Əllamə Təbatəbai bu haqda yazır: "İslamın müxtəlif dərəcələri vardır. Bunun dəlili "Bəqərə" surəsinin 131-ci ayəsidir:

إِذْ قَالَ لَهُ رَبُّهُ أَسْلِمْ قَالَ أَسْلَمْتُ لِرَبِّ الْعَالَمِينَ

"Rəbbi İbrahimə "(Əmrimə) təslim ol!" - dedikdə, o, "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab verdi." Həzrət İbrahim (ə) Allahın əmrinə təslim olaraq müsəlman oldu. Lakin bu ayədən İslamın daha yüksək dərəcələrə malik olması anlaşılır və burada həzrət İbrahimə (ə) İslamın ən yüksək dərəcəsinə nail olması əmr edilir.

İSLAMIN DƏRƏCƏLƏRİ Birinci dərəcə: Dildə Allahın yeganəliyinə və həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək. "Hücurat" surəsinin 14-cü ayəsində bu haqda buyurulur:

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ

"(Bdəvi) ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz İslamı qəbul etdik!" - deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdətidir)..."

(adsgarden = window.adsgarden || []).push({});