İnsanin xoşbəxtlik və bədbəxtliyi necə izah olunur?


Digərləri 18 Avq 2019 19:10:00 266 0

İnsanin xoşbəxtlik və bədbəxtliyi necə izah olunur?

Şiə və əhli-sünnə firqələri arasında ixtilafa səbəb olan məsələlərdən biri də "cəbr və ixtiyar" məsələsidir. Əhli-sünnə, Əhli-beyt yolundan ayrıldığından, bu problemi həll edə bilməmiş və nəticədə, bəzi əhli-sünnə firqələri (əşərilər və cəbrilər) "cəbr" etiqadını, bəziləri isə (mötəzilə firqəsi) "ixtiyar" etiqadını qəbul etmişlər.

Bu fərqli etiqadın yaranmasının iki əsas səbəbi var:

1. Bəzi ayə və hədislərin düzgün dərk edilməməsi;

2. Bəzi hakimlərin zülm və haqsızlıqlarına haqq donu geyindirmək məqsədi ilə belə əqidələrin insanların beyninə yeritməsi. Buna misal olaraq, Müaviyə camaata zülm edir və onlara zülmə tabe olmağa məcbur olduqlarını bildilirdi.

Son.az maide.az-a istinadən bildirir ki, şiə məzhəbi isə bu məsələni imam Əlinin (ə) kəlamından istifadə edərək asanlıqla həll etdi. Həzrət buyurur: "Nə cəbr, nə də itxiyar, bu ikisinin ortası." Hədisə əsasən, insan nə tam məcburdur, nə tam ixtiyar sahibidir. O, Allahın qüdrətindən asılı olan ixtiyarın sahibidir.

Amma bütün bunlara rəğmən, həzrət Peyğəmbərdən (s) "Bədbəxt insan elə ana bətnində bədbəxt, xoşbəxt insan da elə ana bətnində xoşbəxt olur." - kimi bəzi hədislər də nəql olunmuşdur. Bu hədislər bəzi insanları şübhəyə salmış və insanın məcbur varlıq olması kimi düşündürməyə vadar etmişdir.

HƏDİSİN İZAHI

Hədisi qəbul etməyin iki mühüm yolu var: hədisin sənədi və mətninin düzgünlüyü.

Qeyd olunan hədis sənəd və mətn baxımından iradsızdır və İslam alimləri hədisə müxtəlif izahlar vermişlər ki, biz burada onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik:

1. Əllamə Təbərsi: Hədisdə məqsəd insanın gələcəyindən xəbər verməkdir. Yəni insan günahın təsirindən bədbəxt olacaq və bu günahlar onu cəhənnəmə sürükləyəcək. Necə ki, yaşlı atası olan şəxsə belə deyirlər: "O yetimdir!" Yəni tezliklə yetim olacaq.

2. Ayətullah Yəqub Cəfəri: Bu hədisin müqabilində başqa hədislər də vardır ki, onların köməyi ilə irəli sürülən irad aradan qalxır. İbn Əbu Umeyr deyir: ki, imam Kazimdən (ə) Peyğəmbərdən (s) nəql olunan "Bədbəxt insan elə ana bətnində bədbəxt, xoşbəxt insan da elə ana bətnində xoşbəxt olur." - hədisinin mənasını soruşdum. İmam (ə) buyurdu: "Bədbəxt o kəsdir ki, anasının bətnində ikən Allah-Taala bilir ki, həmin şəxs gələcəkdə bədbəxtlərin gördüyü işləri yerinə yetirəcək və xoşbəxt də o şəxsdir ki, anasının bətnində ikən Allah-Taala bilir ki, o, gələcəkdə xoşbəxtlərin gördüyü işləri görəcək."

Bu hədisə əsasən, Peyğəmbərin (s) məqsədi budur ki, Allah-Taala insanın ilk yarandığı gündən bilir ki, o, gələcəkdə öz istəyi və ixtiyarı ilə hansı yolu seçəcək: iman yolunu, yoxsa azğınlıq yolunu?

3. Ayətullah Misbah Yəzdi:

(adsgarden = window.adsgarden || []).push({});