İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb


Digərləri 18 Avq 2019 19:00:00 203 0

İŞİD Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD terrorçu qruplaşması şənbə günü Kabildəki toyda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. İŞİD terrorçu qruplaşması şənbə günü Kabildəki toyda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi bildirib. Partlayış şənbə günü yerli vaxtla 22.40-da Kabilin şadlıq evlərindən birində baş verib. Partlayıcı qurğunu intiharçı işə salıb. Şahidlərin dediyinə görə, həmin vaxt otaqda onlarla insan olub.