“Hava proqnozu” anlayışı necə yaranıb?


Digərləri 18 Avq 2019 18:45:00 50 0

“Hava proqnozu” anlayışı necə yaranıb?

Bu gün Robert Fitzroy əsasən Charles Darwinin səyahət etdiyi "Beagle" gəmisinin qaradinməz kapitanı kimi tanınır. Lakin sağlığında R.Fitzroy dənizçiliyinə görə yox, gündəlik qaydada havanın necə olacağı barədə verdiyi məlumatlara və ya onun öz təbirincə deyilsə, "proqnozlarına" görə məşhur idi. Fitzroy 1854-cü ildə, sonralar Meteoroloji İdarə kimi tanınacaq qurumu yaradanda, hava proqnozu deyilən bir anlayış mövcud deyildi. Əvəzində Ticarət Şurasının Meteoroloji Departamenti var idi hansı ki, bu qurum da gəmilərin üzmə vaxtını qısaltmaq məqsədilə külək xəritələri çəkməklə məşğul idi. Proqnozların olmadığı vaxtlarda balıqçılar, fermerlər və açıq havada işləyənlər özlərinin "hava müdrikliyinə" - buludların vəziyyətinə və bəzi heyvanların davranışına bel bağlayırdılar. Hava xəritələri atmosfer hərəkətini göz önünə gətirməkdə əvəzsiz vasitə idi. Nüfuzlu nəzəriyyələrdən birinə görə qasırğalar isti və soyuq hava kütlələrinin qeyri-sabit cəbhəsində yaranırdı. Lakin bütün bunlara baxmayaraq, əsksəriyyət üçün hava xaotik bir hadisə idi. Lakin R.Fitzroy dənizdə və Viktoriya Britaniyasının sahillərində kütləvi itirilən insan həyatlarından sarsılırdı. Təkcə 1855-1860-cı illərdə Britaniyanın sahil sularında 7402 gəmi batmış, 7201 insan həyatını itirmişdi. Fitzroy inanırdı ki, proqnozla bu ölümlərin bir çoxunun qarşısını almaq mümkün ola bilərdi. 1859-cu ildə "Royal Charter" qızıl gəmisi Anqlsi sahillərində batandan sonra ona qasırğa tufan xəbərdarlıqları dərc etmək səlahiyyəti verildi. Millət vəkillərindən biri parlamentdə deyəndə ki, tezliklə elm Londonda iyirmi dörd saat ərzində havanın necə olacağını söyləməyə imkan verəcək, bütün zal qəhqəhəyə qərq olmuşdu. "Hava eksperimenti" (The Weather Experiment) kitabının müəllifi Peter Moore yazır ki, 1860-cı illərdə hava proqnozunu ixtira edən Robert Fitzroy şübhələr və hətta məsxərələrlə üzləşməli olsa da, elm onun tərəfində idi.

Fitzroy xəbərdarlıqları artıq o vaxtlar mövcud teleqrafla ötürə bilirdi. Teleqraf şəbəkəsinin genişlənməsi Fitzroya özünün London ofisində oturaraq real vaxtda sahillərdəki hava şəraiti barədə məlumatları toplamaq imkanı verdi. Əgər o tezliklə tufanın gözlənildiyini düşünürdüsə, bu barədə birbaşa lazımi porta məlumat ötürə bilirdi. "The Times" qəzetinin 1 avqust 1861-ci il tarixli sayında dərc olunmuş proqnoz: "Londonda havanın temperaturu 62 F (16, 7 C) olacaq, hava aydın olacaq, cənub-qərb küləyi əsəcək, Liverpulda temperatur 61F, hava buludlu olacaq və zəif cənub-qərb küləyi əsəcək. Nairndə, Portsmutda və Doverdə hava sıx buludlu olacaq. Sonuncuda havanın hərarəti xoş bir şəkildə və Lissabonda olduğu kimi 70F-ə çatacaq. Proqnoz həm də Kopenhagen, Helder, Brest və Batyon üçün verilir".

Hava proqnozları artıq təkcə balıqçıları yox, Viktoriya cəmiyyətinin başqa sahələrini də maraqlandırırdı. Yarmarka, gəzinti və çiçək sərgilərini təşkil edənlərin bu proqnozlara xüsusən ehtiyacları vardı. Proqnozlarla atsürmə məşqləri keçənlər də maraqlanırdılar. Bir sözlə, insanlar evdən hansı geyimdə çıxmaq lazım olduğunu bilmək istəyirdilər. Lakin əllə aparılan hesablamalar, lazımi cihazların olmaması bəzən ziddiyyətli proqnozların ortaya çıxmasına səbəb olurdu. "The Age" qəzeti zarafata salırdı, "azacıq yağış yağacaq" o deməkdir ki, günəşli bir hava da mümkündür və çətirləri evdə qoymaq olar". Bəzən Fitzroyun özü də bu zarafatlara qəzetlərdə cavab yazırdı. Məsələn, "çətiri evdə qoyduqları üçün şlyapaları xarab olmuş cənablara..." və sair. Bütün hallarda populyarlıq artırdı. Fitzroyun adını daşıyan cıdır atı, gəmi vardı. Hətta bir dəfə əlahəzrət kraliçanın özü Uayt adasına getmək istəyərkən öz elçisini Fitzroyun ofisinə göndərib proqnozu öyrənmək istəmişdi.

Lakin yüngül atmacalardan başqa Fitzroy daha ciddi problemlərlə üzləşirdi. Bəzi siyasətçilər bu işə teleqraf pulu xərcləməyə dəyib-dəymədiyini sual edirdilər. Vəziyyətdən çıxmaq üçün Fitzroy daha çox işləyir, Britaniya havasını şifrələməyə çalışırdı. O, bir kitab da çap etmişdi, mühazirələr oxuyurdu. Lakin 1865-ci ildə, onun tənqidçiləri bar-bar bağırırdılar və o, tükənmiş bir vəziyyətdə əvvəlki depressiv əhvalına qayıdırdı. O, Londonun qərbindəki evindən, cənubdakı Norvuda köçdü ki, bir müddət dincəlsin, lakin heç cür özünə gələ bilmirdi. Onun həyatının son proqnozu 1865-ci il aprelin 29-da artıq özü həyatda yox ikən dərc olundu. Son proqnoz London üzərində tufan proqnozunu vermişdi. Ertəsi gün Fitzroy yatağından qalxaraq kilsəyə getməyə hazırlaşdı. O, əynini geyinmək üçün qonşu otağa keçməzdən əvvəl qızını öpdü. Sonra isə...qapını arxadan bağlayıb...intihar etdi.

(adsgarden = window.adsgarden || []).push({});
Dünyada daha bir Çernobıl qəzası baş verə bilərmi? – like
  • 18 Avq 18:40  
Digərləri Dünyada daha bir Çernobıl qəzası baş verə bilərmi? –

Dünya Çernobıl faciəsi ilə bağlı bir çox yeni dərslər öyrəndi, "

arrow Ətraflı
İltihablı sızanaqlardan qurtulmaq üçün maska like
  • 18 Avq 18:35  
Digərləri İltihablı sızanaqlardan qurtulmaq üçün maska

Üzünüzün müxtəlif hissələrində iltihablı sıxanaqlar sizi narahat edir

arrow Ətraflı
Volkswagen California yenilənib  FOTO like
  • 18 Avq 18:30  
Digərləri Volkswagen California yenilənib FOTO

Volkswagen şirkətinin kommersiya avtomobilləri ilə məşğul olan bölümü

arrow Ətraflı
Abşeronda yük avtomobili yanıb like
  • 18 Avq 18:25  
Digərləri Abşeronda yük avtomobili yanıb

Abşeronda yük avtomobili yanıb

arrow Ətraflı
Təhlükəli virusa qarşı yeni dərmanlar tapıldı like
  • 18 Avq 18:25  
Digərləri Təhlükəli virusa qarşı yeni dərmanlar tapıldı

Afrikada minlərlə insanın həyatını itirməsinə səbəb olan Ebola virusun

arrow Ətraflı
Səhra köçərilərinin tanrısı necə bəşəriyyətin yarısının Tanrısı oldu? like
  • 18 Avq 18:20  
Digərləri Səhra köçərilərinin tanrısı necə bəşəriyyətin yarısının Tanrısı oldu?

Böyük monotheist dinlərinin tanrısı - Allah, Yahve, Yehova, tələffüzolun

arrow Ətraflı
Rus qızları gəmi kapitanı ola biləcək like
  • 18 Avq 18:15  
Digərləri Rus qızları gəmi kapitanı ola biləcək

Rusiyada qadınlara ağır fiziki işlərdə çalışmağı qadağan edən qanun

arrow Ətraflı
Venesiyada səyahət gəmilərinin şəhərin mərkəzinə daxil olmasına qadağa qoyulur like
  • 18 Avq 18:10  
Digərləri Venesiyada səyahət gəmilərinin şəhərin mərkəzinə daxil olmasına qadağa qoyulur

İtaliya hökuməti gələn aydan bir tondan ağır gəmilərin Venesiyaya daxil

arrow Ətraflı
Alimlər əks təsiri olmayan xərçəngin qarşısını ala biləcək üsul kəşf edib like
  • 18 Avq 18:05  
Digərləri Alimlər əks təsiri olmayan xərçəngin qarşısını ala biləcək üsul kəşf edib

Amerika mütəxəssisləri hüceyrənin maddələr mübadiləsini artıran molek

arrow Ətraflı
Porsche Taycan 26 dəfə 200 km/saata sürətlənib  VİDEO like
  • 18 Avq 18:01  
Digərləri Porsche Taycan 26 dəfə 200 km/saata sürətlənib VİDEO

Porsche şirkəti Taycan elektrokarının güc qurğusunun effektivliyini nümay

arrow Ətraflı
“Microsoft” keçiddə kömək edəcək like
  • 18 Avq 17:55  
Digərləri “Microsoft” keçiddə kömək edəcək

"Microsoft" korporasiyası tərəfindən istifadəyə verilmiş "

arrow Ətraflı
Ceykob Bronovski: elmi məşhurlaşdırmaqla məşğul olan like
  • 18 Avq 17:50  
Digərləri Ceykob Bronovski: elmi məşhurlaşdırmaqla məşğul olan

1970-ci illərdə milyonlarla insan üçün Ceykob Bronovski adı elm sözü il

arrow Ətraflı
Malayziyada yumurtadan nadir ikibaşlı tısbağa çıxıb like
  • 18 Avq 17:45  
Digərləri Malayziyada yumurtadan nadir ikibaşlı tısbağa çıxıb

Təbiəti mühafizə idarəsinin mütəxəssisləri Malayziyanın Mabul adasınd

arrow Ətraflı
Dövlət qulluğuna qəbul üçün like
  • 18 Avq 17:43  
Digərləri Dövlət qulluğuna qəbul üçün

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 avqust 2019-cu il tarixində dövl

arrow Ətraflı
Çernobıldan əvvəl baş verən və SSRİnin 20 il məxfi saxladığı nüvə qəzası: like
  • 18 Avq 17:40  
Digərləri Çernobıldan əvvəl baş verən və SSRİnin 20 il məxfi saxladığı nüvə qəzası:

1986-cı ildə Çernobıl atom elektrik stansiyasının 4 nömrəli reaktoru par

arrow Ətraflı