Rus qızları gəmi kapitanı ola biləcək


Digərləri 18 Avq 2019 18:15:00 237 0

Rus qızları gəmi kapitanı ola biləcək

Rusiyada qadınlara ağır fiziki işlərdə çalışmağı qadağan edən qanuna əlavə və düzəlişlər edilə bilər.

Son.az seanews.az-a istinadən bildirir ki, əmək məsələlərinə məsul olan federal nazirlik qadınlar üçün qadağan olunan iş yerlərinin sayını ixtisar etməyi nəzərdə tutan qanun layihəsi hazırlayaraq Rusiya Dumasına göndərmək fikrindədir.

Bu qanun parlament tərəfindən qəbul olunsa, 2021-ci ildən  rusiyalı qadınlar avtomobil təmiri sahəsi, balıq ovu, buldozer, traktor, qatar idarə etmək, gəmi kapitanı və ya mexaniki kimi işlərdə çalışa biləcəklər.

Bununla belə, təxminən 100 növ iş yeri yenə də qadınlar üçün qadağan olunmuş işlər siyahısında qalacaq. Buraya yanğınsöndürmə, dağ-mədən və kimya sənayesi üzrə ağır işlər aiddir.

(adsgarden = window.adsgarden || []).push({});