Dövlət qulluğuna qəbul üçün


Digərləri 18 Avq 2019 17:43:00 260 0

Dövlət qulluğuna qəbul üçün

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 avqust 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1501 namizəddən 18 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 16:55-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, BA2 altqrupu üzrə 6 nəfər; BA3 altqrupu üzrə 11 nəfər, BA4 altqrupu üzrə 29 nəfər, BB1 altqrupu üzrə 58 nəfər, BB2 altqrupu üzrə 87 nəfər, BB3 altqrupu üzrə 135 nəfərBB4 altqrupu üzrə154 nəfər olmaqla, ümumilikdə 480 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 19-dan 30-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir: