Ağıllı insanın nişanələri


Digərləri 18 Avq 2019 17:05:00 208 0

Ağıllı insanın nişanələri

Aqil insanlar həmişə cəmiyyətin iftixarı olmuşdular. Bu insanlar həyatda doğru yolu tapmış və başqa insanlar üçün nümunə olmuşdular. Bəs bu cür insanları necə tanımaq olar? (Tebyan)

Ağıl sahiblərinin nişanələrindən biri budur ki, axirət həyatını dünya həyatından üstün bilirlər. Allah Təala Quranda buyurur: "Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?". ("Ənam" 32).

Son.az deyerler.org-a istinadən bildirir ki, aqil insan axirətin cavidanlığını və qalıcı olmasını dünyanın faniliyindən üstün bilir. Axirətin cavidanlığını dünyanın faniliyinə dəyişmir. Aqil insan bilir ki, dünya və onun nemətlərinin hamısı məhv olan və aradan gedəndir. "Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik (qüvvələrini zəiflədərik), heç düşünmürlərmi?!". ("Yasin" 68).

Aqil insanları başqalarından fərqləndirən başqa bir cəhət odur ki, bu insanlar ətraflarına diqqətlə nəzər salarlar. Onlar - ibrət almağı bacaran insanlardır. Yer və göyün xilqəti, yağış, qar, heyvanlar və bitkilər - bunlar hamısı aqil insanlar üçün bir nişanədir və onlar bu nişanələrin kənarından sadəliklə keçib getməzlər. Onlar dənizin üstündə dayana bilən gəmilər haqqında belə düşünərlər.

"Şübhəsiz, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanların xeyrinə olaraq dənizdə hərəkət edən gəmilərdə, Allahın səmadan nazil etdiyi və vasitəsilə yeri ölümündən sonra diriltdiyi və müxtəlif növdən olan canlıları onun (yerin) hər tərəfinə yaydığı suda, küləklərin (bir tərəfdən başqa bir tərəfə) əsdirilməsində və göylə yer arasında təslim halda olan buludda (bu yeddi şeyin hər birində) düşünən qövm üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) nişanələr vardır". ("Bəqərə" 164).

Aqil insan bütün bu nişanələri görən zaman Xaliqi xatırlayır və Allahın qüdrət və əzəmətinə bir daha elm əldə edir.

Aqil insanın başqa bir nişanəsi budur ki, ibrət əhli olar və baş verən hadisələrdən ibrət almağı bacarar. O, çalışar ki, ağlının yardımı ilə büdrəmələrdən uzaq olsun. Quran-Kərim dəfələrlə insanları düşünməyə dəvət etmişdir və bu da səbəbsiz deyildir. "Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu hadisələrdə) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır". ("Taha" 128).

(adsgarden = window.adsgarden || []).push({});