Fransada bazar yanıb sakinlər təxliyə edilib


Dünya 18 Avq 2019 17:07:00 222 0

Fransada bazar yanıb  sakinlər təxliyə edilib

Parisdə şəhərin ətrafında yerləşən Levallua-Perre şəhərindəki bazarda yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, şəhər hakimiyyəti yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etməyi tövsiyə edib.

Bildirilir ki, "Anri-Barbyus" bazarında güclü yanğın baş verib. Həmin bazar "Qabriel-Peri" idman mərkəzinin yaxınlığında yerləşir.

Yanğınsöndürmədə 160 yanğınsöndürən iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.