Min ildir bu adaya heç kim girə bilmir


Digərləri 18 Avq 2019 16:45:00 222 0

Min ildir bu adaya heç kim girə bilmir

Şimali Sentinel adasının sakinləri artıq min ildir ki, ətraf aləmdən təcrid olunublar. Onlar adaya gəlmək istəyən hər kəsi oxlarla qarşılayırlar və daş dövründəki kimi yaşayırlar.  Bu yolla onlar öz mədəniyyətlərini qoruduqlarını düşünürlər.

19-cu əsrdə qayalıqlarda bir neçə dəfə gəmilər toqquşaraq qəza törədib. Bu zaman heyət sahilə çıxmaq istəsə də, yerli sakinlər onları oxlarla qovublar.

Son.az seanews.az-a istinadən bildirir ki, 1897-ci ildə buraya qaçaq məhbus arxasınca gələn polislər onu boğazı kəsilmiş halda meşədə tapıb və dərhal da hadisə yerindən qaçaraq uzaqlaşıblar.

1981-ci ildə sahil yaxınlığında "Primrouz" gəmisi görünüb. Yerli sakinlər dərhal onlara oxlarla hücum ediblər. Xoşbəxtlikdən gəmi uzaqda olduğu üçün heç kim xəsarət almayıb. Heyət helikopterlə təxliyə olunub, "Primrouz" isə hələ də atılmış vəziyyətdə orada qalır.

Bir neçə dəfə alimlər onlarla münasibət qurmağa çalışsa da, bu cəhd uğursuz alınıb.

1991-ci ildə hind alimlərindən biri yenidən eyni cəhdi təkrarlayıb. O, bunun üçün ada sakinlərinə qırmızı plasmas vedrələr hədiyyə gətirib. Bir neçə il ərzində yerli sakinlər alimlər tərəfindən sahilə buraxılmış vedrələri götürüblər, lakin onlarla ünsiyyət qurmaqdan imtina ediblər. Ada sakinlərinin danışığından alimlər onların ən qədim zamanlardan təcrid olunmuş vəziyyətdə yaşadıqları qənaətinə gəliblər. Belə ki, onların danışıq dili heç bir dilə bənzəmir.

(adsgarden = window.adsgarden || []).push({});