Novitec atelyesi Tesla Model 3 elektrokarına əl gəzdirib VİDEO FOTO


Digərləri 18 Avq 2019 16:30:00 319 0

Novitec atelyesi Tesla Model 3 elektrokarına əl gəzdirib  VİDEO  FOTO

Novitec atelyesinin mütəxəssisləri Tesla Model 3 elektromobili üçün tüninq proqramını hazırlayıblar. Aerodinamik kuzov dəsti və orijinal dizayna malik olan təkər diskləri sayəsində elektromobilin görkəmi aqressivlik cizgiləri əldə edib.

Son.az autograph.az-a istinadən bildirir ki, təkmilləşdirmələr kompleksi kandarlara və ön bamperə vurulan işləmələrdən, baqaj qapağının üzərindəki kiçik spoylerdən, klirensin 30 mm və ya daha çox azaldılmasından, nazikprofilli enli təkərlərə malik olan yeni təkər disklərindən ibarətdir. Atelye mütəxəssisləri Model 3 elektrokarının salonunu dəri və alkantara ilə üzləməyi təklif edirlər.

Sifarişçi tərtibat materiallarını və yeni elementlərin rənglərini seçə bilər. Karbondan hazırlanmış kuzov elementləri və interyerin tərtibat materiallarının rəng çalarında heç bir məhdudiyyət yoxdur. Vossen şirkəti ilə birlikdə hazırlanmış diskləri isə 72 rəngə boyamaq mümkündür.

Tüninq ustaları elektromobilin güc qurğusuna müdaxilə etməyiblər. Novitec mütəxəssisləri tüninq keçmiş elektromobilin uzaq məsafəyə səfərlər zamanı enerjiyə 7% qənaət etdiyini iddia edirlər.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid video


Xəbərə aid fotolar