İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır –


Digərləri 18 Avq 2019 16:35:00 205 0

İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır –

İnsan papiloması virusu əleyhinə peyvənd bütün dünyada 12 yaşından 21 yaşına kimi qızlara olunur və mütləq tövsiyyə edilir. Artıq Dünya səhiyyə təşkilatı oğlanların da İPV  peyvəndi olmasını tövsiyyə edir.

Son.az medicina.az-a istinadən bildirir ki, insan papiloması virusunun bir neçə növü var ki, onların ikisi xərçəngə çevrilir. Daha  çox qızlarda, qadınlarda uşaqlıq boynu xərçəngi yaradan bu virus kişidən cinsi əlaqə zamanı qadına ötürülə bilir. Ona görə inkişaf etmiş ölkələrdə profilaktika məqsədilə qızlar ilk cinsi əlaqə yaşına kimi bu peyvənddən keçirilir.

İndi növdə kişilərə çatıb. Çünki əsas daşıyıcı və yoluxdurucu kişilər olduğu üçün, həmçinin 2 tip virusun kişilərdə də xərçəng yarada biləcəyini nəzərə alaraq oğlanlar da 13 yaşından 20 yaşına kimi bu peyvənddən olunsa daha təhlükəsiz yaşayarlar. Papiloma cinsi orqanlarda, ətrafında, anus ətrafında ət xal kimi deyilən ziyillərlə görünür. Qadınlarda uşaqlıq, kişilərdə uroloji və qırtlaq xərçənginə səbəb olur.

Hazırda papiloma dünyada çox yayıldığından insanlar peyvəndə qarşı əsassız qadağalarını aradan qaldırıb, vaxtında özlərini və övladlarının gələcəyini təminat almaq barədə düşünməlidirlər.

Papiloma və kişilər

Kişilər papiloma virusundan heç də az qorxmamalıdır. Çünki onlar öz həyat yoldaşlarını yoluxdurub, onu xərçəngə qədər apara bilər, ikincisi özləri anal, düz bağırsaq, dil və qırtlaq xərçənginə tutula bilər. Virusa yoluxma illərlə simptomsuz biruzə verir. Kişilərdə qırtlaq xərçəngi 50 yaşdan sonra baş verə bilər.

Bir kişi və ya qadın papiloma virusunun aqressiv formasına yoluxubsa, onun xərçəngə çevrilməsinə qədər 20 il vaxt tələb olunur. Siqaret və içki isə bu xəstəliyi daha da tezləşdirir.

Bu vaxta kimi insanlar bəzi nahiyələrdə ət xal dedikləri papilomaları zərərsiz hesab edirdilər. Hətta onlar böyüyüb, çıxıntısı artanda yandırır, qurudub salır və ya kəsdirirdilər.

(adsgarden = window.adsgarden || []).push({});