Özünə kontrol etmək barədə QuraniKərimin açıqlamaları


Digərləri 18 Avq 2019 16:05:00 200 0

Özünə kontrol etmək barədə QuraniKərimin açıqlamaları

Təcrübə göstərir ki, insanın nəfsani istəklərinin ardınca getməsi, onun əlinə və ayaqlarına açılmayan zəncirlər vurar və onu əsir edər.

Qurani-Kərim Həzrət Yusifin (ə) dilindən buyurur: "Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır". ("Yusif" 53).

İmam Əli (ə) buyurur: "Nəfs, insanı pisliyə tərəf çəkər. Hər kim onu boş buraxar, nəfsi onu günahlara tərəf çəkər".

Son.az deyerler.org-a istinadən bildirir ki, Qurani-Kərim Allahın Öz peyğəmbərlərinin (ə) özünə nəzarət etməsi barəsində buyurur: "O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: "Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?"". ("Nuh" 106).

"O zaman (qəbilə) qardaşları Lut onlara dedi: "(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!"". ("Şüəra" 161).

Həzrət Saleh (ə) barəsində buyurur: "O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: "Məgər (şirk və küfrdən) çəkinmirsiniz?"". ("Şuəra" 142).

Şueyb (ə) barəsində buyurur: "O zaman Şüeyb onlara dedi: "(küfr və şirkinizdən) çəkinmirsinizmi?!"". ("Şuəra" 178).

(adsgarden = window.adsgarden || []).push({});