Bakıda 2 otaqlı mənzil yanıb


Digərləri 18 Avq 2019 15:38:00 217 0

Bakıda 2 otaqlı mənzil yanıb

Bakıda 2 otaqlı mənzil yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər təfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.