Portlend şəhəri etirazlara hazırlaşır


Dünya 18 Avq 2019 15:24:00 207 0

Portlend şəhəri etirazlara hazırlaşır

Şənbə günü Oreqon ştatının Portlend şəhərində iki müxtəlif nümayiş olacaq. Bu nümayişlərdə yüzlərlə etirazçının iştirak edəcəyi gözlənilir.

Ultra-sağçı etirazçıların yürüş keçirdiyi yerdə anti-faşist qrupların onların əleyhinə nümayiş keçirəcəyi gözlənilir.

Portlendin meri Ted Uiler şəhərin dini liderləri və bizneslərlə birlikdə avqustun 17-də Portlenddən nifrətlərini yaymaq platforması kimi istifadə etməyi planlaşdıranlara qarşı xəbərdarlıq edib. "O qruplar burada istənilmir", o deyib.

Polis cümə günü Patriot Prayer's (Vətənpərvərin Duası) adlı sağçı qrupun lideri Coi Gibsonu həbs edib. Nəticədə o, sosial mediadakı izləyicilərinə çağırış edib ki, şənbə günü keçirələcək etirazlara on və yüz qat daha çox insan gəlsin.

Mer Uiler deyib ki, Portlendin təxminən 1000 polis zabitinin hamısı səfərbər olacaq. Onlara Oreqon Ştatının Polisi, Federal Təhqiqat Bürosu və digər yerli polis qüvvələri yardım edəcək.