“Sabancı Holding”ə yeni CEO gətirilib


Digərləri 18 Avq 2019 15:15:00 230 0

“Sabancı Holding”ə yeni CEO gətirilib

2017-ci ilin martın 30-dan bu yana Mehmet Göçmen "Sabancı Holding"də İdarə Heyətinin üzvi və baş icraçı direktor (Chief Executive Officer-CEO) vəzifəsini icra edib.

Son.az facemark.az-a istinadən bildirir ki, o, iyulun 31-dən etibarən vəzifəsindən getmək ilə bağlı qərar alıb. Onun vəzifəsini isə "Sabancı Holding"də Sənaye Qrup Rəhbəri vəzifəsini icra edə Cenk Alper tutub.

Qeyd etmək yerinə düşər ki, Cenk Alper 1996-cı ildə Beksa-ya proses mühəndisi olaraq qatılıb. O, şirkətdə xarici və daxili olmaqla müxtəlif vəzifələr üzrə çalışıb. Daha sonra o 2007-ci ildə "Kordsa"da Qlobal Texnologiya üzrə Direktor vəzifəsini tutub.

Yeni CEO "Kordsa"da müxtəlif top menecer vəzifələrində çalışıb, 2013-2017-ci illərdə isə elə həmin şirkətdə CEO vəzifəsini icra edib. 2017-ci ildə isə "Sabancı Holding"də Sənaye Qrup Rəhbəri vəzifəsinə keçib. Bildirək ki, o, şirkətdə, həm CEO, həm də Sənaye Qrup Rəhbəri vəzifəsini icra edəcək.

(adsgarden = window.adsgarden || []).push({});