280 il ömür sürən, amma evi olmayan peyğəmbər


Digərləri 18 Avq 2019 15:05:00 228 0

280 il ömür sürən, amma evi olmayan peyğəmbər

Saleh peyğəmbər (ə) haqqında Quranda 9 ayə mövcuddur. Onun dastanı haqqında da az da olsa, məlumat verilmişdir.

"Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: "Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz"". ("Əraf" 79).

"(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: "Bu, dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir"". ("Şüəra" 155).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Saleh (ə) 16 yaşında peyğəmbərliyə çatır və 120 yaşına qədər öz qövmü olan Səmud arasında yaşayır. O, 280 il ömür sürmüşdür. Onun dəfn olunduğu məkanlar barəsindəki nəzərlər müxtəlifdir: Məkkədə, Şamın sahilində olan Əkkada, Qinnəsrində.

İmam Sadiq (ə) bu peyğəmbər barəsində buyurur: "Saleh öz qövmündən bir müddət gizləndi və gizlənən zaman xoş əndamlı, çoxlu saqqalı olan, orta boylu idi. Lakin o zaman ki, öz qövmünə tərəf qayıdır, siması dəyişmişdi. Ona görə də onu tanımadılar. İnsanlar üç dəstəyə bölündülər:

1. Bir dəstə onu inkar etdi.

2. Bir dəstə şəkkə düşdü.

(adsgarden = window.adsgarden || []).push({});