ABŞda “Apple” noutbuklarının təyyarələrdə daşınması qadağan edilib


Digərləri 18 Avq 2019 14:55:00 204 0

ABŞda “Apple” noutbuklarının təyyarələrdə daşınması qadağan edilib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) "Apple" şirkətinin bir sıra noutbuk modellərinin təyyarələrdə daşınmasını qadağan edib.

Son.az ICTnews-a istinadən bildirir ki, söhbət 2015-ci ilin sentyabrından 2017-ci ilin fevralınadək satılan "MacBook Pro" texnikasından gedir.

Qeyd olunur ki, iyunda "Apple" şirkəti 15 düym diaqonallı əvvəlki nəsil "MacBook Pro" noutbuklarının batareyasının qızmasını müəyyənləşdirib. Bunun yanğın riski yaratması ilə əlaqədar şirkət məhsulu geri çağırmağa başlayıb.

Noutbuk batareyalarında problemlər barədə məlumatlandırılan tənzimləyici orqan aviadaşıyıcıları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Aviaşirkətlərin qərarına görə, istehsalçı tərəfindən geri çağırılan batareyalara malik qurğuların həm təyyarə baqajında, həm də əl yükündə daşınması qadağandır.

(adsgarden = window.adsgarden || []).push({});