Land Rover Defender barədə yeni məlumat verilib FOTO


Digərləri 18 Avq 2019 15:00:00 221 0

Land Rover Defender barədə yeni məlumat verilib  FOTO

Land Rover Defender modelinin yeni nəsli barədə kifayət qədər məlumat vermişik. Lakin, avtomobilin debüt tarixi yaxınlaşdıqca, istehsalçı KİV-lər vasitəsi ilə müəyyən məlumatı geniş oxucu kütləsinə çatdırmağa üstünlük verir.

Son.az autograph.az-a istinadən bildirir ki, bu günlərdə Land Rover şirkətinin əməkdaşları ilə söhbət etmiş Autocar dərgisinin jurnalistləri ofrouder haqqında bir sıra məlumatları əldə ediblər. Zavoddaxili L663 indeksinə sahib olan avtomobil D7u alüminium monokokunun təkmilləşdirilmiş və gücləndirilmiş variantında inşa edilib. Bu platformadan LR Discovery və Range Rover Sport modellərinin istehsalına istifadə olunur.

Defender modelinin şassisi daha möhkəm ramaltılara, asqı qollarına, şarlı dayaqlara və vtulkalara, müxtəlif ölçülü təkər disklərinə, asqının artırılmış gedişinə və yüksək klirensə malik olub. Məhsul hazırlanması qrupunun rəhbəri Əndi Diksin sözlərinə görə, Defender modelinin konstruksiyasında nəzərdə tutulmuş möhkəmlik və etibarlılıq ehtiyatı bütün Land Rover standartlarını üstələyir.

Yeni Land Rover Defender modeli tam çəkiş sisteminin və Terrain Response  sisteminin orijinal tənzimləmələrinə, hər iki oxda quraşdırılan differensialın elektron qapanmasına, artırılmış giriş və çıxış bucaqlarına, həmçinin bir neçə növ şinlərə sahib olacaqdır. Avtomobilin asqının sazlamaları da fərqli olmalıdır. Standart olaraq, ofrouder polad yayları olan asqı ilə təklif ediləcəkdir. Əlavə ödənişlə, pnevmatik asqını da sifariş etmək mümkündür. Adaptiv amortizatorlar üçün, onların qızmasının qarşısını alan xüsusi temperatura nəzarət bloku nəzərdə tutulub. Təkər disklərinin ölçüsü 18-22 düym arasında olmalıdır.

Yeni LR Defender üç versiyada təklif ediləcəkdir - 90,110 və 130. Land Rover Defender 90 və 110 versiyaları 2020-ci, üçüncü 130 verisyası isə 2021-ci ildə bazar debütü etməldir.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar