“Batmayan qadın”ın həyatı film olur


Digərləri 18 Avq 2019 14:45:00 229 0

“Batmayan qadın”ın həyatı film olur

"Titanik", "Olimpik" və "Britannis" gəmilərində baş verən qəzalardan sağ qurtulmağı bacaran irlandiyalı stüardessa Violet Cezzop haqqında film çəkiləcək.

Son.az seanews.az-a istinadən bildirir ki, filmdə onun qeyri-adi həyatı canlandırılacaq. Hələlik Violet obrazında kimin çəkiləcəyi məlum deyil. Çəkilişlərə yaxın aylarda başlanacağı bildirilir.

İlk dəfə 1911-ci ildə "Olimpik"  "HMS Havk" adlı müharibə gəmisi ilə toqquşdu. "Olimpik"in batmasının qarşısı alındı. Violet bu qəzadan sağ qurtuldu. İkinci dəfə "Titanik"ə göndərilən Violet tarixin ən böyük gəmi qəzasından da canını qurtardı. O, üçüncü dəfə Birinci Dünya Müharibəsində xəstəxana kimi istifadə edilən "Britannis"dən sağ çıxıb.

Qəzalara baxmayaraq, öz işinə davam edib və 60 yaşında gəmilərdən ayrılıb. 83 yaşında isə ürək çatışmazlığından vəfat edib.

(adsgarden = window.adsgarden || []).push({});