Növbəti nəsil VW Tiguan kupeşəkilli formalara sahib olacaq FOTO


Digərləri 18 Avq 2019 14:30:00 166 0

Növbəti nəsil VW Tiguan kupeşəkilli formalara sahib olacaq  FOTO

Avtomobil aləminin nüfuzlu kütləvi informasiya vasitələri istehsalçı şirkətlərin daxilindəki şəxsi mənbələri sayəsində müəyyən məlumatları əldə edirlər. Əksər hallarda, istehsalçılar özləri məlumatı dərgilər vasitəsi ilə geniş oxucu kütləsinə sızdırmaqda maraqlı olurlar.

Son.az autograph.az-a istinadən bildirir ki, bu günlərdə "Auto Express" nəşri insayderlərdən aldığı məlumatlar əsasında Volswagen Tiguan modelinin növbəti nəslinin renderlərini hazırlayıb. Dərginin dərc etdiyi şəkillərdən göründüyü kimi, krossover indiki kvadratşəkilli formaları daha yumşaq axıcı xətlər ilə əvəzləyəcəkdir. Volkswagen Tiguan modelinin Azərbaycan bazarında satılmaması onun populyar olmadığına dəlalət etmir, əksinə, bizim bazarın istehsalçı üçün nə qədər əhəmiyyətsiz olduğundan xəbər verir. Qeyd etmək qazımdır ki, təkcə 2018-ci ildə Tiguan modeli dünya üzrə 850 minlik tirajla satılıb.

Beləliklə, dərc edilmiş şəkillərə baxdıqda yeni nəsil Tiguan modelinin kupeşəkilli siluetə malik olduğunu görmək olar. Krossoverin arxa dayağının formasına diqqət yetirin. Bu formalar sizə nəyi isə xatırlatmır ki? Bir balaca köməklik edim - bu həftə debüt etmiş Audi Q3 Sportback modelinə baxın. Bundan başqa, avtomobilin nazik formalı radiator barmaqlığı və ID seriyasından olan elektromobillərin ön fənərlərinə bənzəyən işıq texnikası da diqqət çəkir.

Jurnaslitlərin əldə etdiyi məlumatda Tiguan modelinin 470 litrik baqaj həcmini qoruyub-saxlayacağı bildirilir. Bununla yanaşı, krossoverin Allspace adlanan uzunbazalı verisyası da model xəttində qalacaqdır.

Yeni VW Tigaun modelinin avtopilot sistemi ilə təchiz ediləcəyini və səkkzinci nəsil Golf modeli ilə mühərrik çeşidini bölüşəcəyini ehtimal etmək olar.  Məlumdur ki, yeni Golf modeli 1,0-litrik üçsilindrli və 2,0-litrik dördsilindrlıi  turbomühərriklər, 6-pilləli mexaniki ötürmələr qutusu və 7-diapazonlu DSG "robotu" ilə təchiz ediləcəkdir.  "Qaynar" Tiguan R modeli isə, 350 at qüvvəli 2,0-litrik turbomüühərriklə hərəkətə gələcəkdir. Nəhayət, yeni Tiguan 48-voltluq şəbəkədən çalışan startyor-generatora malik olan "yumşaq" hibrid güc aqreqatlarını da əldə etmiş olacaqdır.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar