Üç fələstinli Qəzza zolağının sərhədində atışmada ölüb


Dünya 18 Avq 2019 14:34:00 240 0

Üç fələstinli Qəzza zolağının sərhədində atışmada ölüb

Qəzza zolağının sərhəddində İsrail hərbçiləri tərəfindən açılan atəş nəticəsində üç fələstinli həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud deyib.

M.Mahmudun sözlərinə görə, üç fələstinlinin cəsədləri bu gün səhər "Əl-Andunisi" xəstəxanasına gətirilib:

"Onlar gecə sərhəddə baş verən hadisə nəticəsində İsrail hərbçiləri tərəfindən öldürülüb".