Qarpız qabığını atmayın: İnanılmaz fayda


Digərləri 18 Avq 2019 13:35:00 250 0

Qarpız qabığını atmayın: İnanılmaz fayda

Qarpız qabığında qarpız qədər faydalar vardır. Yadımdadır, uşaq vaxtı qarpız yeyəndə böyüklərimiz qarpızı dilimləyər, bizə dilimlə yeməyi məsləhət görərdilər.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri həkim Fizuli Hüseynov deyib.

O bildirib ki, qarpız qabığındakı ağ maddə dişləri ağardır və parlaq edir, qurdları tökür:

"Qarpız qabıqları həm də böyrəkləri və öd kisəsini kiçik ölçülü qumlardan təmizləmək üçün mükəmməl bir vasitədir. Belə ki, qarpız qabığının suyu həm ödqovucu, həm də sidikqovucudur. Qarpız qabığını müalicə məqsədilə istifadə etmək üçün qalınqabıq qarpız götürüb üstündəki tam yaşıl hissəni soyub altındakı ağ maddəni qurudub bütün il boyu istifadə edə bilərsiniz. Qurudulmuş qarpız qabıqlarından 2 xörək qaşığı götürüb 3 stəkan suda 10 dəqiqə vam odda qaynadın, sonra süzüb gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan için. Müalicə müddəti 1 aydır".

Həkim sözlərinə görə, qarpız qabığı üz dərisinə, həmçinin mədə-bağırsaq, babasil və qəbizlik problemlərinə çox faydalıdır:

(adsgarden = window.adsgarden || []).push({});