Bugatti hiperkarının eskizi peyda olub FOTO


Digərləri 18 Avq 2019 13:30:00 180 0

Bugatti hiperkarının eskizi peyda olub  FOTO

Bu günlərdə İnternet şəbəkəsində yeni Bugatti superkarının ehtimal edilən eskizləri peyda olub. Superkar Bugatti EB110 S klassik sportkarının motivləri əsasında yaradılacaqdır. Anonim mənbələr superkarın 18 avqust tarixində Pebbl-Biçdə nümayiş etdiriləcəyini iddia ediblər.

Son.az autograph.az-a istinadən bildirir ki, hiperkarın eskizini Auto Motor und Sport nəşri dərc edib. Dərgi eskizin tədbir iştirakçılarına göndərilən dəvətnaməyə əlavə edildiyini bildirib. Yeni hiperkar barədə məlumat verilməyib. Böyük ehtimalla, bu hiperkar Chiron modelinin bazasında hazırlanacaqdır. Yeni model nalşəkilli radiator barmaqlığına və ön tərəflərdəki S-şəkilli kəsiklərə malik olacaqdır. Çox güman ki, bu kəsiklərdə LED fənərlər yerləşdiriləcəkdir. Eskizdə iri antiqanad da nəzərə çarpır.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid foto