Gəncədə yaşayış binasında yanğın olub


Digərləri 18 Avq 2019 13:12:00 194 0

Gəncədə yaşayış binasında yanğın olub

Gəncədə yanğın qeydə alınıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisındə 50 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.