İtalyanlar Jeep Renegade modelini daha brutal ediblər FOTO


Digərləri 18 Avq 2019 13:01:00 266 0

İtalyanlar Jeep Renegade modelini daha brutal ediblər  FOTO

İtalyan Militem tüninq atelyesi Jeep Renegade üçün təkmilləşdirmələr proqramını təqdim edib. Hero ("Qəhrəman") adlandırılmış layihə avtiomobilə daha brutal görkəm və dəbdəbəli daxil görkəm bəxş edib.

İtalyanların təklif etdiyi tünüinq proqramının tərkibinə yeni radiator barmaqlığı, təkər tağlarının genişləndiriciləri, orijinal bamperlər, asqının qaldırılması, 20-düymlük döymə disklər, salonun dəri ilə üzlənməsi və mühərrikin çip-tüninqi daxildir.

Son.az autograph.az-a istinadən bildirir ki, atelye mütəxəssisləri "Qəhrəmanın" şəhərdə gündəlik istimar üçün tam yararlı olduğunu bildirirlər. Bununla bərabər, hündürlüyü 38 mm artırılmış asqı və daha kiçik bamperlər avtomobilin yolsuzluqda "qəhrəmanlıq etmək" imkanlarını da yaxşılaşdırıb.

Avtomobilin salonunun üzlənməsində nazik dəridən istifadə edilib. Oturacaqlar, ön panel, qapı üzlükləri və baqaj hissəsinin döşəməsi dəri ilə üzlənib. Militem mütəxəssisləri interyeri müştərinin arzu və tələblərinə uyğun olaraq, müxtəlif rəng variantlarında tərtib etməyə hazır olduqlarını da bildiriblər.  

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar