Bakıda yanğın Evdə huşsuz vəziyyətdə qalan qadın xilas edildi


Digərləri 18 Avq 2019 12:34:00 209 0

Bakıda yanğın  Evdə huşsuz vəziyyətdə qalan qadın xilas edildi

Bakı şəhərinin Nərimanov rayonunda mənzildə yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər təfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.