Yunker məzuniyyətini yarımçıq qoydu


Dünya 18 Avq 2019 09:59:00 217 0

Yunker məzuniyyətini yarımçıq qoydu

Avropa Komissiyasının rəhbəri prezidenti Jan-Klod Yunker təcili əməliyyat səbəbindən məzuniyyətindən vaxtından əvvəl dönüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Məlumatda bildirilir: "Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tibbi səbəblərdən Avstriyadakı məzuniyyətindən vaxtından əvvəl dönmək məcburiyyətində qalıb. O, təcili xolesistektomiya əməliyyatı olunması üçün Lüksemburqa göndərilib".