Amerikalı teleaparıcısı təyyarə qəzası nəticəsində həlak olub


Digərləri 18 Avq 2019 09:18:55 202 0

Amerikalı teleaparıcısı təyyarə qəzası nəticəsində həlak olub

ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub

Bakı. ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub. Trend-in məlumatına görə, bu barədə "NBC" telekanalı xəbər verib. Qeyd olunur ki, hadisə avqustun 16-sı 53 yaşlı N.Parkerin mürəkkəb tryuklar həyata keçirən pilot barədə reportaj verərkən baş verib. Jurnalistlə birgə reportajın qəhrəmanı da həlak olub.