Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var


Digərləri 18 Avq 2019 08:00:00 215 0

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var.

Bakı. Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var. Bunu Trend-ə Turizm Asossiasiyasının sədrinin müşaviri Müzəffər Ağasəlimov deyib. Onun sözlərinə görə, şərab turizminin Azərbaycanda öz tarixi ənənələri var: "Qafqazda şərab turizmi əvvəldən mühüm rol oynayıb. Hələ SSRİ dövründə Azərbaycan şərabları, xüsusilə, şirin şərablar medallara layiq görülmüşdü. SSRİ dağılanadan sonra şərab turizmi "axsadı". Ona görə ki, artıq üzüm ağacları, tingliklər məhv edilmişdi. Son illərdə isə şərabçılıq yenidən inkişaf etmək üzrədir. Tovuz, Gəncə, Şamaxı, İsmayıllı, Qəbələ kimi rayonlarda şərab turizmini inkişaf etdirmək üçün lazım olan müəssisələr fəaliyyət göstərir. Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün turizm qurumları təbliğ və təşviq aparmalıdır. Şərab turizminin ənənələrini davam etdirmək, proqramlar yaratmaq, marşrutlar təşkil etmək olar. Bu sahənin geniş reklamı aparılmalıdır. Bu sahədə Avropa ölkələrinin təcrübəsi öyrənilməlidir".