Yunker təcili əməliyyat səbəbindən məzuniyyətini yarımçıq qoydu


Digərləri 18 Avq 2019 02:19:00 207 0

Yunker təcili əməliyyat səbəbindən məzuniyyətini yarımçıq qoydu

Avropa Komissiyasının rəhbəri prezidenti Jan-Klod Yunker təcili əməliyyat səbəbindən məzuniyyətindən vaxtından əvvəl dönüb

Bakı. Avropa Komissiyasının rəhbəri prezidenti Jan-Klod Yunker təcili əməliyyat səbəbindən məzuniyyətindən vaxtından əvvəl dönüb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Məlumatda bildirilir: "Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tibbi səbəblərdən Avstriyadakı məzuniyyətindən vaxtından əvvəl dönmək məcburiyyətində qalıb. O, təcili xolesistektomiya əməliyyatı olunması üçün Lüksemburqa göndərilib".