Çay, kofe, şokolad hansı xəstəliklərdən qoruyur?


Digərləri 17 Avq 2019 23:55:00 296 0

Çay, kofe, şokolad hansı xəstəliklərdən qoruyur?

Qəhvə, çay və şokolad beyin sağlamlığını artırır və xəstəliklərə qarşı dözümlülük yaradır.

Alimlərin apardığı araşdırmaya görə, hər üç məhsulun davamlı istifadəsi zehni fəaliyyətin inkişafına təkan verir, insult zamanı neyronların ölümünün qarşısını alır, Parkinson və Alzheimer xəstəliyi, xərçəng riskini azaldır və neyronların degeneresiyasının qarşısını alır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Yaşlanma üzrə Milli İnstitut və Con Hopkins Universiteti alimlərinin apardıqları araşdırma nəticəsində məlum olub ki, qəhvə, çay və şokoladda metilksantinlər kimyəvi birləşməsinə aid maddələr var. Tədqiqatçılara görə, metilksantinlər sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir, zehni fəaliyyəti aktivləşdirir, insult, Alzheimer və Parkinson xəstəlikləri zamanı neyronların disfunksiya və ölümdən qoruya bilər.

Bundan əlavə, "World Journal of Surgical Onkology" jurnalda yayımlanan on bir tədqiqatın təhlili göstərib ki, qəhvə, çay və şokolad içmək Alzheimer xəstəliyi və beyin xərçəngi riskini də azaldır.

Okayama Universitetində aparılan bir araşdırma isə göstərir ki, kofedə olan komponentlər beyin hüceyrələrini qoruyur.   

(adsgarden = window.adsgarden || []).push({});