Beyindəki nəhəng şiş qadının ayaqlarını


Digərləri 17 Avq 2019 23:20:00 201 0

Beyindəki nəhəng şiş qadının ayaqlarını

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 30 yaşlı qadının beynindən nəhəng törəmə xaric edilib.

Son.az e-tibb.az-a istinadən bildirir ki, RMDM-in açıqladığı məlumatda bildirilir ki, mərkəzə müraciət edən 30 yaşlı qadın pasiyentin xronik baş ağrıları səbəbi ilə çəkilən beyin MRT-də 5 sm hipofizin adenoması aşkarlanıb. 2 sm-dən böyük adenomalar görmə sinirlərini sıxar və tədricən görmə problemləri ortaya çıxar. Törəmə böyüdükcə bu problemlər də artar. Törəmə 3-4 sm-ə çatanda görmə problemləri mühüm dərəcədə pozula və korluq inkişaf edə bilər. Bu problemlər tədricən inkişaf edir (törəməiçi qanama istisna olmaqla) və xəstələr problemin ciddi olduğunu gec anlayar.

Pasiyentin üz cizgilərində nəzərə çarpan kobudlaşma var idi və müayinə zamanı böyümə hormonu yüksək çıxıb. Maraqlı məqam ondan ibarət idi ki, pasiyent bunların heç birinin fərqinə varmayıb və israrla "mən uşaqlıqdan çox pis görmüşəm və eynək taxmışam, uşaqlıqdan üz cizgilərim belə olub" deyirdi. Hətta 20 yaşından sonra ayaq ölçüsünün 38-dən 42-yə böyüməsi də onu narahat etməyib.

Hipofiz adenoması nə qədər böyük olsa, kavernoz sinuslara və ətraf toxumalara invaziya dərəcəsi artar, total çıxarılması və hormonal profilin normaya gəlməsi isə o qədər də çətinləşir. Lakin mühüm görmə problemləri belə, əməliyyat tez bir zamanda icra edilərsə, əməliyyatdan dərhal sonra ciddi dərəcədə yaxşılaşır.

(adsgarden = window.adsgarden || []).push({});