Bu yay Xəzərdə məhv olan həyatlar FOTO


Digərləri 17 Avq 2019 23:03:00 250 0

Bu yay Xəzərdə məhv olan həyatlar   FOTO

Yayda hər kəsin üz tutduğu Xəzər dənizi son 3 ayda xeyli insanın həyatına son qoydu. Dənizdə boğulanlar arasında azyaşlılar da oldu, yeni ailə quranlar da... Hər bir ölüm hadisəsinin arxasında isə bir ailə faciəsi qaldı.

Son.az "qafqazinfo"-ya istinadən ötən aylarda Xəzərdə baş vermiş faciəvi hadisələrin xronikasını təqdim edir:

Yayın ən çox səs-küy yaradan ölüm hadisəsindən biri 22 yaşlı blogerin Bulvarda suya atılaraq kadrları lentə almaq istəməsi, bunun isə onun həyatı hesabına başa gəlməsi oldu. "Tik-tok" video platforması üçün suya atılanlardan 18 yaşlı digər dostu isə xilas etmək mümkün olmuşdu.

Xəzərdə boğulanlardan biri də Azərbaycan Texnologiya Universitetinin III kurs tələbəsi Fərman İsaqov idi. Fərman isə dənizdə boğulan xalası oğlunu xilas etmək istəyərkən batmışdı.

İnsan ölümü ilə nəticələnən daha bir faciə Bilgəh çimərliyində yaşanmışdı. Çimərlik ərazisində 2 nəfər boğulmuş, 1 nəfər itkin düşmüşdü.

Bilgəh çimərliyi daha bir nəfərin sonu olmuşdi. Xəzər dənizinə istirahət üçün yollanan 1997-ci il təvəllüdlü Hüseyn Əli oğlu Dadaşov qardaşı və 2 dostu ilə çimməyə girib. Dalğa onların 4-nü də aparsa da, qardaşı və dostlarının həyatını xilas etmək mümkün olmuşdu. Dekabrda toyu olacaq Hüseyn isə boğularaq ölmüşdü. Faciəyə gənclərin çimmək qadağan olunmuş ərazidə dənizə girmələri səbəb olub.

İyulun 28-də Pirşağı çimərliyində 4 dostun ölümü məsələnin ciddiliyini bir daha ortaya qoymuşdu. 7 nəfər Kürdəxanı kənd sakini dənizə girmiş, onlardan 4-ü boğularaq dünyasını dəyişmişdi. Dostların hamısı boğulma təhlükəsi ilə üz-üzə qalsa da, 3-ü dənizdən çıxa bilmişdi. Mərhumlardan ikisi nişanlı olub, bir nəfərin isə 2 gün əvvəl toyu olubmuş.Hadisədən bir gün əvvəl Bakıda ümumi 6 nəfər nəzarətsiz çimərliklərdə boğularaq dünyasını dəyişmişdi.

Avqustun 2-si Xaçmazın Nabran istirahət zonasında Xəzər dənizində boğulan 11 yaşlı oğlanın meyiti Xəzərin Dağıstan Respublikasının Dərbənd şəhəri sahilində aşkarlanmışdı. Dənizdə boğulan Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlu olub.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar