Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları 2019” yarışlarının bağlanış mərasimində iştirak edib FOTO


Digərləri 17 Avq 2019 22:21:00 292 0

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları  2019” yarışlarının bağlanış mərasimində iştirak edib  FOTO

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının son günündə "Tank biatlonu" müsabiqəsinin final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, müdafiə naziri rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə birgə poliqonda təşkil olunan "Dostluq evi"nə gəliblər.

Burada onlar iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.

"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar