​​​​​​​ATUda impotentliyə qarşı unikal əməliyyat aparılıb


Digərləri 17 Avq 2019 21:55:00 268 0

​​​​​​​ATUda impotentliyə qarşı unikal əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kişilərin cinsi həyatına mane olan problem unikal üsulla aradan qaldırılıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, ATU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, ağır dərəcəli Erektil Disfunksiyadan (impotensiyadan) əziyyət çəkən xəstəyə üç hissəli şişirilə bilən penil protez implantasiya edilib. İlk dəfə olaraq bu əməliyyat peno-skrotal üsulla (xayalıq kəsiyi ilə) icra olunub.

Əməliyyat uroloq-androloq, Azərbaycan Andrologiya Cəmiyyətinin sədri, professor İlham Əhmədov tərəfindən həyata keçirilib. Professor İ.Əhmədov deyib ki, üç parçalı penil protez implantasiyası heç bir müalicəyə tabe olmayan ağır formalı impotentliyin (erektil disfunskiya) yeganə və ən effektli müalicə üsuludur: "Əməliyyatdan sonra erektil disfunksiya tamamilə aradan qalxır. Əməliyyatdan sonrakı dövr ağırlaşmasız keçib və xəstə uğurla evə yazılıb".

Həkimin sözlərinə görə, penil protezlər zamanı ağırlaşma infeksiya ola bilər ki, buna görə hətta protez çıxarıla da bilər.

(adsgarden = window.adsgarden || []).push({});