Kofe hazırlayanda bu səhvləri etməyin


Digərləri 17 Avq 2019 21:20:00 264 0

Kofe hazırlayanda bu səhvləri etməyin

Çoxları hər səhər günə qəhvə içməklə başlayır. Səhərlər içilən qəhvənin sağlamlıq üçün bir çox faydalarının olduğu bildirilir. Amma qəhvə hazırlayan zaman səhvə yol verilərsə, bu həm məhsulun dadına, həm də keyfiyyətinə təsir edir, həm də orqanizm üçün faydasını sıfıra endirir.

Mütəxəssislər bu içkinin faydalı olmasını təmin edən bir sıra sadə məsləhətlər veriblər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, qəhvə dəmləmək üçün çirkli sayılan, birbaşa krandan götürülən sudan istifadə etmək olmaz. Ələlxüsus da qəhvə üçün xlorlu sudan istifadə olunmamalıdır.

Qəhvə nə qədər bahalı və keyfiyyətli olsa da həmin su içkini korlayacaq.

Bundan başqa, qəhvə dəmləmək üçün isti sudan istifadə etmək tövsiyə olunmur.

Qəhvəni soyuducuda saxlayırsınızsa, dəmləməzdən əvvəl suda islatmaq lazımdır.

Qəhvə yalnız su, işıq, istilik və soyuq olmayan yerdə, normal temperaturda saxlanmalıdır.

(adsgarden = window.adsgarden || []).push({});