Audi A3 Cabriolet modelini tarixin arxivlərinə göndərir FOTO


Digərləri 17 Avq 2019 21:01:00 382 0

Audi A3 Cabriolet modelini tarixin arxivlərinə göndərir  FOTO

Audi şirkəti kabriolet kuzovlu A3 modelinin seriya istehsalına son verəcəkdir. A3 modelinin yeni nəsli açıq kuzovla təklif edilməyəcəkdir. Bu barədə Car and Driver portalına alman şirkətinin top-menecerlərindən biri məlumat verib. Beləliklə, Audi A3 kabrioleti üçün 2019-cu il son buraxılış ili olacaqdır.

Son.az autograph.az-a istinadən bildirir ki, Audi A3 Cabriolet modeli alman markasının model xəttində ən əlçatan modellərdən biri olsa da, o qədər də populyarlıq qazana bilməyib. Məsələn, amerikan bazarında bu ilin altı ayında cəmi 5650 ədəd müxtəlif kuzovlu A3 modeli satılıb satılıb. Bu keçən ilin müvafiq dövrü ilə 52% azdır.

A3 Cabriolet modelinin istehsalına son verilməsindən sonra, açıq kuzovlu avtomobil pərəstişkarları A5, TT və TTS modellərinin açıq versiyalarından birini seçə bilərlər.

Yeni nəsil Audi A3 modelinin gələn ay Frankfurta işinə başlayacaq avtosalonda debüt edəcəkdir. MQB modul platformasında inşa edilmiş model hetçbek, sedan, "bərkgedən" S və RS variantlarında, hibrid e-tron modifikasiyasında, yolsuzluq Cityhopper/Allroad və dördqapılı kupe versiyalarında təklif ediləcəkdir.

(adsgarden = window.adsgarden || []).push({});

Xəbərə aid fotolar