Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb


Digərləri 17 Avq 2019 21:04:00 191 0

Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ş.Həsənov saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 7-də rayon ərazisindəki daha bir evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib.