Göyçayda toy karvanında qəza


Digərləri 17 Avq 2019 20:51:00 217 0

Göyçayda toy karvanında qəza

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən  minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində  hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Xəbərə aid fotolar