Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb


Digərləri 17 Avq 2019 20:47:00 196 0

Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ş.Həsənov saxlanılıb.

Bakı. Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ş.Həsənov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 18-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 7-də rayon ərazisindəki daha bir evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib.