Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin!


Digərləri 17 Avq 2019 20:32:00 269 0

Uşağınızın qaçırılmasını istəmirsinizsə, ona bu QAYDAları öyrədin!

Son zamanlar uşaqların qaçırılması mövzusu mətbuatın gündəmindən düşmür. Bir neçə gün bundan əvvəl 2 azyaşlı qaçırılıb və yalnız polisin keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tapılıb və ailəsinə təhvil verilib.

Uşaqlarımızı necə müdafiə edək? Axı valideyn hər zaman uşağın yanında ola bilmir! Uşaqlar bağçaya, məktəbə gedir, çöldə, parkda oynayırlar və s. Hətta valideyn uşağın yanında olsa belə azyaşlı yenə də qaçırıla bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, tanınmış Rusiyalı psixoloq Marina Romanenko uşaqların qaçırılmasının qarşısını almaq üçün uşaqlara çox sadə özünü müdafiə qaydalarını öyrətməyi tövsiyə edir.

- Yad (tanımadığın, ailəyə aid olmadığın) insanlara inanma.

Bu əsas qaydadır ki, bütün digər qaydalar buna söykənir. Uşaq istənilən yad insana potensial təhlükə kimi baxmalıdır. Təəssüf ki, biz bunu uşağa aşılamağa məcburuq. Böyüyəndə o, özü anlayacaq kimə etibar etmək olar, kimə isə olmaz.  

- Yad insanlarla danışma.

Adətən uşaqlar daha çox kişilərdən ehtiyat edir. Lakin uşağa anlatmaq lazımdır ki, tək kişilərlə deyil, tanımadığın cavan və ya yaşlı qadınlarla, yaşlı kişilərlə və s. danışmaq olmaz.

- Yad insanlardan heç nə (konfet, oyuncaq və s.) götürmə.

- Yad insanla (fərqi yoxdur - bu böyük, yaşlı və ya uşaq olarsa) heç yerə getmə.

Fırıldaqçılar müxtəlif hiylələrə əl atır, onlar uşaqların zəif yerlərini çox yaxşı bilir.

(adsgarden = window.adsgarden || []).push({});