Honq Konqda müəllimlər yürüş keçirir


Dünya 17 Avq 2019 20:27:00 265 0

Honq Konqda müəllimlər yürüş keçirir

Honq Konqda minlərlə məktəb müəllimi şəhərin liderinin rəsmi iqamətgahına dogru yürüş edib..

Yaxınlıqdakı meydanda böyük bir kütlə yürüş edərək, əllərində üzərində "Gələcək nəsli qoruyun" yazılan plakatlar tutub.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, müəllimlər iyun ayından bəri nümayiş keçirən və aralarında tələbələrin də olduğu etirazçılara dəstəklərinin nümayiş etdirmək üçün Hökümət Evinin ətrafındkı metal hasara ağ lent bağlayıblar. Onlar deyib ki, Karri Lam höküməti küçələrə axışan etriazçıların tələblərini qarşılamalıdır və onlara qarşı zorakılığa son qoymalıdır.

"Biz tələblərimizi, gənclərimizi müdafiə etmək istəyirik, ona görə də müəllimlər glib burada gənclər adına çıxış etməyə hazırdırlar. Biz həm də onların yanında durmaq istəyirik ki, onlar yalnız olmasın" - deyə, yürüşü təşkil edən Honq Konq Peşəkar Müəllimlər İttifaqının prezidenti Funq Vay-vay bildirib.